“Ukrayna Gürcüstanda ikinci cəbhə açılmasını tələb edirdi” - İrakli Kobaxidze

13:16 04.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ukrayna hakimiyyətindən Gürcüstanın ikinci cəbhə açması ilə bağlı birbaşa açıq bəyanatlar eşidilirdi”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Hamımızın yadındadır, Ukrayna hakimiyyətinin yüksək vəzifəli şəxsləri açıq-aşkar bizdən ikinci cəbhə açmağı tələb edirdilər. Bunlar yüksək vəzifəli şəxslər idi, məsələn, bu Təhlükəsizlik Şurasının katibi, prezidentin baş müşaviri idi, bunlar deputatlar idi və sair. Biz ikinci cəbhəni açmayanda, bunun nə ilə nəticələndiyi yadınızdadırmı? Həmçinin, sizə xatırlatmaq istəyirəm ki, Ukrayna hakimiyyəti sanksiya tətbiq etmədiyimiz və Ukraynaya döyüşçü könüllülər göndərmədiyimiz üçün Gürcüstandan səfiri geri çağırd6ı. Ukrayna hakimiyyətinin tələb etdiyi şey açıq şəkildə ortadadır, bunu Polşanın sabiq prezidentinin bəyanatı əlavə olaraq təsdiqləyir”, - İrakli Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, Polşanın sabiq prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskinin Polşanı müharibəyə sürükləmək istədiyini bildirib. “Onlar başdan hamını müharibəyə sürükləməyə çalışdılar. Aydındır, bu, onların maraqlarına uyğun idi, NATO ölkəsini müharibəyə sürükləyə bilsəydilər ən yaxşısı olardı. Onların Rusiyaya qarşı onlarla yan-yana fəal şəkildə döyüşəcək olanları axtarması aydındır. Bu, müharibənin elə ilk günündən baş verirdi”, - Anjey Duda bildirib.

“Dərin dövlət”in dünya miqyasında təsirləri narahatedicidir. Bu insanların Avropa bürokratiyasını nə vəziyyətə gətirdiklərini görürsünüz”.

Bu barədə də açıqlama verən Gürcüstanın hökumət başçısı ümid edir ki, “ABŞ və Avropa bürokratiyası sonda “Dərin dövlət”in təsirini dəf edəcək”.

“Avropada çox ağır tendensiyalar var. Eyni şey əvvəlki 4 il ərzində ABŞ-da baş verirdi. Ümid edirik ki, ABŞ və Avropa sonda “Dərin dövlət”in təsirini dəf edəcək. Hadisələrin inkişafını gözləyək”, - baş nazir bildirib.